İSTEHSAL


İSTEHSAL
Son iki il ərzində Akkord Korporasiyasının daxilində aparılan planlı struktur dəyişiklikləri nəticəsində müxtəlif istehsal istiqamələri üzrə “Akkord Mərmər Qranit”, “Akkord Beton”, “Akkord Prefabrik”, “Qazax Sement Zavodu”, “Akkord Steel Construction Company”, “Akkord Hydrotechnical Construction Company”, “Akkord Asfalt”, “Akkord Tekstil”, “Akkord Kərpic”, “Akkord Nəqliyyat”, “Deutsche Fassaden Technologien”, “Körpü Tunel Tikinti”, “Property Investments”, “Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi”, “Accopen” kimi məhdud məsuliyyətli cəmiyyətlər yaradılmışdır.



Akkord Korporasiyasının 10 illik fəaliyyəti ərzində tikinti, daşınmaz əmlak, istehsalat, layihə idarəetmə və layihələndirmə işləri, maşın-mexanizmləri xidmətləri sahəsində dövriyyəsi çox böyük məbləğlərlə ölçülür.

Korporasiya yarandığı gündən etibarən öz biznes portfelini ümumi tikinti işləri ilə yanaşı istehsalat, mühəndislik və inşaat xidmətlərinin idarə edilməsi sahələri üzrə genişləndirmişdir.

Fəaliyyət göstərdiyi qısa zaman ərzində Korporasiya yol-nəqliyyat infrastrukturunun tikintisi sahəsində yüksək nailiyyətlər əldə etmiş, bu sahə üzrə bacarıq və təcrübəsini ölkə xaricində də sübut etməyə nail olmuşdur.


İSTEHSAL
Bu gün “Akkord”un ölkə daxilində və xaricdə həyata keçirdiyi yol-infrastruk¬tur layihələri yüzlərlə kilometrlik beton və asfalt-beton yolların müvafiq yol qurğuları ilə birlikdə yüksək səviyyədə inşasını əhatə edir. 10 illik fəaliyyəti ərzində Akkord Korporasiyasının ölkəmizdə inşa etdiyi ilk beton yollar da daxil olmaqla, Azərbaycan üzrə 17 infrastruktur layihəsi reallaşdırılmışdır.

Korporasiya Respublikmızın 5 regionunda su-kanalizasiya sistemlərinin yenidənqurulması işlərini həyata keçirməkdədir.

Fəaliyyətə başladığı gündən yeni istehsal sahələri yaratmağı və ölkəni keyfiyyəti ilə xarici analoqlarından seçilməyən yerli məhsullarla təmin etməyi hədəf tutan Korporasiyanın öncül şirkətlərindən biri də “Akkord Prefabrik” MMC-dir.


İSTEHSALİSTEHSALİSTEHSAL

Burada istehsal edilən məhsullardan əsasən, yol infrastrukturunun yenilənməsində, yeni zavodların və anbarların qurulmasında və binaların fasadlarının üzlənməsindən istifadə edilir.
İSTEHSAL

«AKKORD PREFABRİK» MMC ƏSASƏN 5 MÜXTƏLİF XƏTT ƏSASINDA FƏALİYYƏT GÖSTƏRİR:


- Dəmir-beton və beton boru istehsalı sahəsi
- Gərginləşdirilmiş dəmir-beton körpü tirləri istehsalı sahəsi
- Dəmir-beton və beton prefabrik konstruksiyalar və məmulatları sahəsi
- Şüşə lifli beton/fibrabeton/ (GFRC)
- Gərginləşdirilmiş dəmir-beton elektrik dirəkləri istehsalı sahəsi


Bundan başqa zavodumuzda müxtəlif çeşidli beton və dəmir-beton konstruksiyalar və məmulatların istehsalıda həyata keçirilir.