HAQQIMIZDA


HAQQIMIZDAAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən beynəlxalq standartlara uyğun genişmiqyaslı islahat tədbirləri sırasında iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin olunması əsas prioritet istiqamətlərdən biri olmuşdur. Bu strateji iqtisadi inkişaf xəttinin reallaşdırılması yolunda atılan inamlı addımların nəticəsidir ki, bütün qeyri-neft sahələrinin, o cümlədən özəl sektorun yüksələn xətlə, dinamik inkişafına və bu amillərin xalqın həyat səviyyəsinə əhəmiyyətli dərəcədə müsbət təsirinə nail olunmuşdur.

HAQQIMIZDARespublikamızda qeyri-neft və özəl sektorların inkişafına ölkə rəhbərliyi tərəfindən göstərilən xüsusi qayğı və diqqətin nəticəsi olaraq 2017-ci ildə yaradılmış və geniş istehsal sahələrini özündə birləşdirən “Accord İndustrial Company” MMC özəl sektorlara ən əsasıda sənaye sahəsinə daha çox fayda vermək məqsədi ilə bir çox törəmə müəssisələr təsis etmişdir. Bu müəssisələrdən biridə 2007-ci ildə işə salınmış 2018-ci ildə “Accord İndustrial Company” MMC tərəfindən təsis edilmiş “Akkord Prefabrik” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Akkord Prefabrik” MMC əsasən geniş çeşidli beton və dəmir-beton konstruksiyaları və məmulatları istehsalı sahəsində öndə gedən şirkətlərdəndir. Şirkət müxtəlif çeşidlərdə körpü tirləri, beton və dəmir-beton boruları, müşahidə quyuları üçün beton və dəmir beton konuslar (konusvari boru), quyu çevrələri (dəmir beton boru), quyu üçün dib elementləri (dəmir beton dabanaltı), elektrik dirəkləri, mikrotunel boruları, yığma dəmir beton konstruksiyaları və bir çox digər məhsullar istehsal etməkdədir. Bundan başqa zavodumuz fasad və dekorativ üzlük vasitəsi olan GFRC (Glass Fiber Reinforced Concrete) - şüşə lifli beton istehsalı sahəsinidədə öz istehsal potensialını genişləndirməkdədir.

HAQQIMIZDAHAQQIMIZDAHAQQIMIZDA


“AKKORD PREFABRIK” MMC-nin istehsal etdiyi məhsullardan Ağstafa, Tovuz, Cəlilabad, Şəmkir, Sabirabad rayonlarında su-kanalizasiya kəmərlərinin, Kür və Araz çayları üzərində salınan körpülərin, Bakı şəhərinin Qələbə meydanı, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində inşa edilmiş yeraltı tunellərin inşasında və bir çox digər layihələrdə istifadə olunmuşdur.

Bizim missiyamız infrastruktur, sənaye, neft və qaz, yanacaq və daşınmaz əmlak tikintisi üzrə mühüm işləri həyata keçirmək və gənc nəsillər üçün əmin irs təmin etməkdən ibarətdir.

Akkord Azərbaycan Respublikasının iqtisadi gücünün artırılması, sosial rifahın yaxşılaşdırılması yolunda dövlətin həyata keçirdiyi ardıcıl siyasətə öz dəstəyini verir və bu istiqamətdəki fəaliyyətini bundan sonra da tam gücüylə davam etdirməkdə qərarlıdır.