ŞİRKƏT


ŞİRKƏT
2005-ci ildən fəaliyyət göstərən “Akkord” Tikinti, Sənaye və İnvestisiya Korporasiyası ölkə daxilində və xaricində bir çox uğurlu layihələrə imza atmağa müvəffəq olmuşdur. Bu uğurlu addımlardan biri də 2008-ci ildən Korporasiya nəzdində yaradılmış və düzgün hədəflərə doğru irəlliləmiş Dəmir Beton Konstruksiyalar zavodu olmuşdur.

ŞİRKƏT
2014-CÜ İLDƏ "AKKORD" KORPORASİYASI ARTIQ İNŞAAT, SƏNAYE VƏ İNVESTİSİYA SAHƏLƏRİNDƏ ÇOXŞAXƏLİ FƏALİYYƏT GÖSTƏRƏN GÜCLÜ BİR HOLDİNQƏ ÇEVRİLMİŞDİR.



Korporasiyanın bütün müəssisələrində aparılan köklü yenidənqurma işləri Dəmir Beton Konstruksiyalar zavoduna da təsir göstərmişdir. Həmin dövrdən etibarən şirkət yeni - “Akkord Prefabrik” adı ilə fəaliyyətini davam etdirməyə başlamış və bu yenilik yalnız adımızda deyil, həyata keçirdiyimiz işlərdə də öz əksini tapmışdır.

İllərlə topladığımız təcrübə , sahib olduğumuz peşəkar işçi heyəti, habelə yüksək standartlara cavab verən avadanlıqlarımız və ən başlıcası hər zaman öndə tutduğumuz keyfiyyət prinsiplərimiz sayəsində müəssisəmiz sektorunun liderlərindən biri olmağı bacarmışdır. Bu gün artıq “Akkord Prefabrik” MMC nəinki sadəcə təmsil etdiyi korporasiya, eyni zamanda sektorun digər önəmli şirkət və təşkilatları üçün də etibarlı bir tərəfdaşdır.

ŞİRKƏT

Fəaliyyətə başladığımız gündən bu günə istər məhsul çeşidlərimizi genişləndirmək, istər istehsal həcmini artırmaq, istərsə də mühəndislik xidmətlərimizi təkmilləşdirməklə inkişafımıza münbit zəmin yaratmışıq.

Qarşıda bizi ölkə sənayesinin inkişafına yönəlmiş bir çox layihələr gözləyir.

Tərəfdaşlarımızın etibarı və güclü potensialımızla bu layihələrin uğuruna inanırıq.
.