AKKORD PREFABRİK İSTEHSAL POTENSİALINI GÜCLƏNDİRMƏYƏ DAVAM EDİR


AKKORD PREFABRİK İSTEHSAL  POTENSİALINI GÜCLƏNDİRMƏYƏ  DAVAM EDİR
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən şirkətin struktur bölmələrində İnteqrəolunmuş Menecment Sisteminə (İMS) uyğun hazırlanmış prosedurların tələbləri və tətbiqi ilə bağlı təlimlər təşkil olunub.

“Akkord”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlər həmçinin yeni yaradılmış - Akkord Beton MMC, Akkord Mərmər-Qranit MMC, Akkord Prefabrik MMC, Akkord Steel Construction Company MMC, Akkord Asfalt MMC–ni də əhatə edib.

Tədbirdə 141 nəfər “Akkord” əməkdaşı iştirak edib.

Təlimlər diskussiya formatında aparılıb.